Eks-nazir mükafat təyin etdi: “Kim Türk ordusuna qarşı olduğumu tapsa…”

0
91
Sabiq xarici işlər naziri Tofiq Zülfuqarov “Facebook” səhifəsində son günlər barəsində yazılan ittihamlara münasibət bildirib. 
 
medonline.az Qaynarinfo-a istinadla xəbər verir ki, sabiq nazir rusca yazdığı statusda Türkiyə ordusuna qarşı olduğunu sübut edən şəxsə 500 manat mükafat söz verib:
“Satılmış trollar, Facebook səhifəmdə Türk ordusuna qarşı olduğumu kim tapsa, ona 500 manat verəcəyəm”. (“Продажные тролли, тому, кто найдёт в моём ФБ, слова, что я против Турецкой армии, дам 500 аzn”.)
 
Qeyd edək ki, Tofiq Zülfuqarov deputat Rasim Musabəyova qarşı yönəlmiş qara piar kampaniyasını pisləyən status yazmışdı. Bundan sonra sabiq XİN rəhbəri də tənqidlərin əsas hədəfi olmuşdu.
 
Həmin statusda sabiq nazir mövcud vəziyyətdə Türkiyə ordusunun münaqişə zonasında olmasına ehtiyac olmadığını əsaslandırmışdı: 
 
“Mövqeyimi bəyan etməyi vacib sayıram. Millət vəkili Rasim Musabəyova qarşı çirkli, eyni zamanda uzaq hədəfləri olan təbliğat kampaniyası başladılıb və bu səbəbdən də mövqeyimi əks etdirən bir neçə tezisi qeyd etməyi lazım bilirəm: 
 
1 – Münaqişə zonasında Azərbaycan Silahlı Qüvvələrinin hər birinin heyəti təxminən 25-30 min nəfərlik 4-5 korpusu, həmçinin Daxili İşlər Nazirliyinin və Sərhəd Mühafizəsinin bölmələri yerləşdirilib, Naxçıvanda hərbi qruplaşdırılmamız mövcuddur. Bu qüvvələr darmadağın edilmiş erməni ordusunun qalıqlarından bir neçə dəfə çoxdur. 
 
2 – yuxarıda qeyd olunanları nəzərə alaraq, azad edilmiş bölgələrə qayıdanların təhlükəsizliyinə zəmanət verilir. 
 
3 – azad edilmiş bölgələrdə Türkiyə hərbçilərinin patrul xidməti aparmalarına hərbi ehtiyac yoxdur. Bu vəziyyətdə Türkiyə silahlı qüvvələrinin siyasi mövcudluğu amili onların müşahidə missiyasında iştirakı ilə və Türkiyə silahlı qüvvələrinin müşavirlərinin və Hərbi Hava Qüvvələrinin (F16) Gəncədə mövcudluğu ilə təmin edilir. 
 
4 – Türkiyənin Azərbaycana siyasi dəstəyi dəfələrlə ən yüksək səviyyədə elan edilib. 
 
5 – Türkiyənin baş verən hadisələrdə iştirakı Rusiya Federasiyası ilə razılaşmanın nəticəsi oldu ki, bu da yüksək səviyyədə qarşılıqlı əlaqənin göstəricisi və qələbəmizin əsas amillərindən biridir. Ermənilərdən başqa, bu əməkdaşlığın əleyhdarları həmçinin bir sıra Qərb ölkələridir ki, onlar Türkiyə və Rusiyanın mövqelərindəki mövcud fikir ayrılıqlarını qəsdən şişirdərək bu əməkdaşlığı pozacaqlarına ümid edirlər. Bununla da türk hərbçilərinin təmas xəttində yerləşdirilməsi hər cür təxribatların törədilməsinə şərait yaradır”. 
 
6 – Ümumiyyətlə, Türkiyə hərbçilərinin Azərbaycan hərbçiləri ilə birlikdə münaqişənin Rusiya və Ermənistan iştirakçıları ilə üzbəüz yerləşdirilməsi fikri psixoloji baxımından qarşıdurma hissi yaradır və məhz bu konfiqurasiyaya uyğun olaraq soyuqluğun yaranmasına şərait yaradır. Bu isə bizim maraqlara cavab vermir. 
 
7 – Qazandığımız qələbə, digər məsələlərlə yanaşı, iki əsas xarici siyasət amilinin – Türkiyənin qətiyyətli dəstəyinin və Azərbaycanla Rusiya arasındakı münasibətlərin müsbət inkişafı fonunda Rusiya ilə Ermənistan arasındakı münasibətlərin pisləşməsinin nəticəsidir. Ona görə yuxarıda göstərilən meylləri hərtərəfli inkişaf etdirməliyik. Beləliklə, bu gün səslənən populist çağırışlar ya xroniki axmaqlığın, ya da yuxarıda göstərilən siyasi meylləri sevməyən xarici müştəriləri məmnun etmək istəyinin nəticəsidir…”
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code