Torpaqlarımızı igid şəhidlərimizin tökülmüş qanı ilə azad etdik

0
241

Prezident,Ali Baş Komandan cənab İlham Əliyev uzun illər ölkəmizin sərhədlərinin bərpası, ədalətin təntənəsi və xalqımızın parlaq gələcəyi naminə əziyyətli bir diplomatik iş aparır. Bu illər ərzində xalqımız ədalətin bərpa ediləcəyi və Azərbaycanın qanuni torpaqlarının sülh yolu ilə qaytarılacağını gözlədi. Biz, ölkənin yaşlı nəsli, sanki bir çatışmazlıq yükü altında “əyilmiş” kimi, bütün bu 30 ilə yaxın bir müddətdə həyatımızı tam yaşaya bilmədik, sevinə bilmədik, çünki ərazi bütövlüyü olmadan, mədəniyyətimizin beşiyi Şuşa olmadan bu mümkün deyildi. Övladlarımıza “Qarabağ-mənim dərdim və sevgimdir” deyirdik…
Ermənilərin heç vaxt Qafqaz ərazisində kütləvi yaşamadıqları çoxdan sübut edilmişdir. Bu faktı amerikalı Nina Garsoyan 1971-ci ildə “İzvestiya Armeni”də dərc olunan bir məqaləsində bildirirdi. Ancaq erməni xalqının özgənin nailiyyətlərinin mənimsəməyi hamıya məlumdur.
Beləliklə, xalqımız dözdü və uzun müddət gözlədi. Bu illər ərzində ölkədə savadlı və eyni zamanda cəsarətli bir nəsil yetişdi, vətənpərvərlik ruhunda tərbiyə olundu. Biz, Azərbaycan vətəndaşları, beynəlmiləlçilik ruhunda tərbiyə almışıq.
Azərbaycan xalqı dözümlü və iradəli xalqdır. Bu xalqın yenilməz Ali Baş Komandanı sevimli Prezidentimiz var. Müasir texnologiya ilə təchiz edilmiş, yüksək səviyyədə təlim keçmiş ordumuz var.
Hər birimiz müharibənin 44 günü ərzində Prezidentimizin çıxışlarını səbirsizliklə gözləyirdik və onun xalqı sevindirəcəyinə, kəndlərimizin və qəsəbələrimizin düşməndən azad olunduğunu elan edəcəyinə şübhə etmirdik.
Böyük Vətən Müharibəsi başlanandan Azərbaycan xalqı daimi gərginlikdə yaşadı. Çünki çirkin siyasət aparan və mülki insanları xaincəsinə məhv edən, cəbhə xəttindən yüzlərlə kilometr məsafədə yerləşən şəhər və kəndlərimizə raketlər atan məkrli bir düşmənlə üz-üzə idik. Ancaq unutmamalıyıq ki, torpağımızın hər qarışını igid şəhidlərimizin tökülmüş qanı ilə bərpa etdik,yalnız öz gücümüzə güvənərək döyüşdük.
Hamımız Prezidentimizin düşmən ölkəni dəstəkləyən dünya nəhənglərinə qarşı tək olduğundan narahat idik. Xoşbəxtlikdən ən çətin vaxtda həmişəki kimi qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan öz xarakterik möhkəmliyi ilə bütün dünyaya özünün və ölkəsinin Azərbaycanın yanında olduğunu bildirdi. Yaşasın qardaş Türk xalqı!
Həm cəbhə bölgəsində, həm də mediada və sosial şəbəkələrdə virtual müharibə apardıq. Ermənilərin yalanlarını, böhtanlarını, təxribatlarını təkzib edərək dünya xalqlarına həqiqəti çatdırmağa çalışdıq. Şovinist və bütün Türk xalqına nifrət ruhunda tərbiyə olunmuş təkəbbürlü düşmən özünün yalan və iftiraları ilə bir çox xristian ölkələrini bizə qarşı çevirə bildilər. Təsadüfi deyil ki qədim abidələrimizin, ziyarətgahlarımızın və məscidlərimizin ermənilər tərəfindən dağıdılması müzakirə olunmur və qınanmır. Ancaq, guya erməni kilsəsini dağıtmaq istədiyimiz barədə böytan bu günə qədər müzakirə olunur. Hələ Gəncə və Bərdə şəhərlərimizi ballistik raketlərlə bombaladıqları, bu qədər mülki şəxsin, uşaq və qadınların vəhşicəsinə öldürülməsi ermənipərəstlərin vecinə deyil.
Zaman hər şeyi öz yerinə qoyacaq və bütün dünya tezliklə ermənilərin əsl üzünü görəcəklər.
44 gün davam edən Vətən müharibəsini bütün dünya yaxından izlədi. Axı, heç kim Azərbaycanın təxminən 30 il əvvəl işğal olunmuş torpaqlarını geri qaytara biləcəyini inanmırdı, çünki onlar ğüclü qələbə ruhlu bir Müzəffər Ordumuzun və qətiyyətli Ali Baş Komandanımız olduğunu nəzərə almırdılar.
Nəhayət tarixi 10 Noyabr 2020 il Zəfər Ğünü yetişdi. Möhtəşəm Prezidentımız müharibənin qələbəmizlə bitdiyini gecəyarısı böyük fərəh hissi ilə elan etdi. Bu, cəsur Ordunun və əlbəttə ki, Ali Baş Komandanımızın bizə yaşatdığı sevinc və qürur idi.
İndi qalibik! Qarabağ torpaqları Azərbaycanın qeyrətli oğullarının cəsarəti, vətənpərvərliyi və qəhrəmanlığı sayəsində geri qaytarıldı.
Artıq biz Yeni tariximizi yazmaqdayiq!
Xalqımızın sevimlisi Prezident İlham Əliyev Birinci Vitse-Prezident Mehriban xanımla birlikdə azad edilmiş torpaqları ziyarət etdiyini xalqımız gördü. Xalqımız rəhbərinə sadiqdir və inanır ki, ölkəni görünməmiş yüksəkliklərə və tərəqqiyə aparacaqdır.
Ulu Tanrı Prezidentimizi qorusun.
Mən, İlham Heydər oğlu Əliyevin Prezident olduğu ölkədə yaşadığım üçün çox xoşbəxtəm!
Samirə BABAYEVA,
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkimi.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code