Senat buna görə Ermənistanı dəstəklədi – Fransız mer SENSASİON SƏBƏBLƏRİ AÇDI

0
40

“Fransa Senatının bəzi üzvləri torpaqlarını işğaldan azad etmiş Azərbaycanı öz hüquqlarını müdafiə etdiyi üçün səbəbsiz günahlandırırlar”.

Bu sözləri Publika.az-a müsahibəsində Fransanın sabiq deputatı, Odan (Houdan) şəhərinin meri Jan-Mari Tetar (Jean-Marie Tetart) bildirib.

– Cənab mer, Fransa Senatının Azərbaycana qarşı siyasi hücumu ilə bağlı olduqca obyektiv mövqe sərgilədiyiniz üçün sizə minnətdarıq.

– Bəli, bu müraciətimdə Fansa xalqının Qarabağ müharibəsinə obyektiv yanaşması üçün bir çox məqamı vurğulamışam. Ərdoğan və Putinin iştirakı ilə imzalanmış sülh bəyannaməsi Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Ölkəniz 30 il erməni işğalında olan ərazilərini – Qarabağı nəhayət azad etdi. Bu bəyannaməyə görə, Minsk Qrupunun həmsədr ölkələri ABŞ və Fransanın məhəl qoymadığı BMT qətnamələrinin şərtlərini yerinə yetirdi. Yəni Qarabağın işğalından sonra burada məskunlaşmış ermənilər evakuasiya olundu. Bəlkə də Fransanın bu etinasızlığı Azərbaycanın qələbəsi fonunda da dəyişməyəcəkdi. Bildiyiniz kimi, ölkəmizdə güclü erməni diasporu fəaliyyət göstərir. Kütləvi informasiya vasitələrinə, ölkə qanunvericiliyinə böyük təsir göstərirlər. Odur ki, Fransanın beynəlxalq siyasətini öz xeyirlərinə yönəldirlər.

– Diasporumuz güclü olmadığı üçün Fransa səsimizi eşitmədi?

– Fransadakı Azərbaycan diasporu ermənilər kimi güclü əks-səda doğura bilmir. Hətta türklərin nümayişləri, etiraz aksiyaları da çox fayda vermədi. Yalnız bir neçə deputat və senator özündə həqiqəti söyləmək cəsarəti tapdı. Dağlıq Qarabağın tarixini təhrif etmədən ictimaiyyətə çatdırdı. Bu müharibəni Azərbaycan nasionalistlərinin işğalı kimi qələmə vermədi. Müsəlmanların xristianlara yönəlmiş soyqırımı kimi dəyərləndirmədi.

– Fransanın həssaslıqla yanaşdığı beynəlxalq hüququ, tarixi ədaləti bərpa etdik. Yenə də reaksiyalar təzadlıdır.

– BMT dəfələrlə dünyaya bəyan edir ki, işğal altındakı torpaqlarınızın – Dağlıq Qarabağın hüquqi sahibi sizsiniz. Evinizdən qovulmusunuz. Bu halda sizi nasionalist, işğalçı adlandırmaq absurddur. Hələ üstəlik Ermənistan dini savaşın qurbanı kimi təqdim olunur. Bu iftiraya bir dəqiqə də olsun inanmadım. Azərbaycan kimi tolerant ölkələr çox azdır. Ölkənizdə olduqca kübar insanlar yaşayır. Müxtəlif dillər, rəngli mədəniyyətlər ölkəsidir. Azərbaycanda bütün dinlər qardaşlaşıb, əmin-amanlıq içərisində yaşayırlar. Hamı öz vicdanına, imanına bürünür. Azərbaycan qadını fransız qadınından da öncə səs vermək hüququ qazanıb. Ölkənin iqtisadi, siyasi həyatında böyük rol oynayıb. Biz incəsənətin, ədəbiyyatın, hətta cazın da Azərbaycan nüsxəsini təkrarlayırıq.

– Sizcə, iki dövlət arasındakı gərginliyi aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

– Tolerant Azərbaycan Fransanı sevir. Lakin bu gün qorxu və həyəcanımı gizlədə bilmirəm. Çünki Azərbaycan Fransa hakimiyyətinin, parlamentinin qeyri-obyektiv münasibətindən məyusdur. Fransızların öz fikrini, mövqeyini Azərbaycana çatdıranlar təəssüf ki, azdır. Mediada da, siyasi dairələrdə də Qarabağ probleminə münasibət təhrifə məruz qalır. Azərbaycana səfər etmək imkanım olub. Müasir, qadına dərin hörmətlə yanaşan, incəsənətə məhəbbət bəsləyən ölkədir. Bütün bu keyfiyyətlərə malik olan müsəlman ölkəsini diktatura rejimində, seçkilərin saxtalaşdırılmasında günahlandırmaq ağılsızlıqdır. Azərbaycan nəhəng qonşuları – İran, Rusiya, Türkiyə ilə də münasibətdə balansı qorumağa nail olub. Şadam ki, bu yaxınlarda Emmanuel Makron və Baş nazir Lö Drian nəhayət ki, BMT-nin qətnamələrini xatırlaya bildilər. Münasibətlərimizin qaydaya düşdüyünü fikirləşməyə başlamışdıq ki, bir yandan Senatın beynəlxalq hüququ bərpa edən Azərbaycana qarşı nifrət dolu hücumunun şahidi olduq. Bəzi senatorlar öz torpaqlarını işğaldan azad etmiş ölkənizi səbəbsiz günahlandırmağa başladılar. Azərbaycan fransız mədəniyyətinə hər zaman sevgi ilə yanaşıb. Bu ölkənin küçələrində “la vie en rose” sədaları altında gəzmişəm. Əminəm ki, ölkələrimiz arasında dostluq münasibəti yenidən bərqərar olacaq. Odur ki, hər iki ölkənin dostluq assosiasiyalarını daha fəal çalışmağa səsləyirəm. Ümid edirəm ki, Paris və Bakı yenidən dost olacaq. Ermənilər də digər xalqlar kimi Azərbaycan ərazisində əvvəlki tək xoşbəxt, təhlükəsiz yaşayacaqlar.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code