“Bəs Xocalı, Xankəndi, Xocavənd? – Legitim suallardır, amma…”

0
23

“Bəs Xocalı, Xankəndi, Xocavənd? – Legitim suallardır, amma…”

“Bəs Xocalı, Xankəndi, Xocavənd?!” Legitim suallardır, amma artıq hökumətin edəcəyi bura qədər idi və çox şey etdi, Ordumuzun sayəsində inanılmazı bacardı, indi biz – vətəndaşlar təşəbbüs göstərməliyik. Xankəndinin deputatı orda ofis açmalı, əhali ilə görüşməli, Xocalı camaatı bizim hökumətın rəsmi kanalları ilə Rusiya “sülhməramlılarına” müraciət etməli, onlar təhlükəsizliyə zəmanət verməli, Ağdamdan, Şuşadan Xocalıya yol açılmalı, orda məktəb, xəstəxana, polis idarəsi, Bank şöbəsi açılmalı, camaat da yavaş-yavaş ora köçməlidir”.

Qaynarinfo xəbər verir ki, bunu REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Azərbaycan faktiki şəraitdən maksimum istifadə etməlidir:

“Yəni, qalan torpaqlarımızı silahsız, dronsuz, top-tüfəngsiz ayaqla, piyada gedərək, tikib-quraraq, yaşayıb öz varlığımızı göstərərək azad edəcəyik. Hamımız əlimizi daşın altına qoymalıyıq, Xocalıya ədalət artıq o şəhəri qurub-yaratmaqla olmalıdır. Sonra orada möhtəşəm “Xocalı Abidəsi” açılmalı, Azərbaycan vətəndaşlığını qəbul edəcək erməni əsilli azərbaycanlılara pasport o abidə önündə təqdim edilməlidir. Rusiya “sülhməramlıları” Qarabağa İrəvandan Xankəndinə adam daşımaq üçün gəlməyib (əslində ona gəlib), bütün qaçqın-köçkünlərin geri qayıtmasına zamin olaraq gəlib (əslində elə olmasına məcbur etməliyik). Nə qədər ki, 5 il burdadırlar, onlardan ağılla maksimum istifadə etmək zamanıdır!”

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code