Bu ərazilər ermənilərə belə verildi – Tarixçi

0
39

Zəngəzur məsələsi Cümhuriyyət dövründə mübahisəli ərazilərimizdən biri idi.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında tarixçi Elmar Həsənli Zəngəzurun Ermənistana verilmə tarixçəsindən danışarkən deyib.

Tarixçinin sözlərinə görə, bu ərazini daha çox mübahisəli ərazi məsələsinə çevirən Sovet İttifaqı, xüsusilə də Qriqori Orconikidze olub:

“Biz türk və müsəlman bir bolşevikin əli ilə tarixi Azərbaycan ərazilərini düşmənə güzəştə getdik. Bizi buna Sovet İttifaqı məcbur etdi. 1918-ci il hadisələri, yəni türk qoşunları yenidən Azərbaycana daxil olmasın deyə, bu ərazini “güzəştə” getməyə məcbur edildik. Sovet İttifaqı Azərbaycanın Türkiyə ilə əlaqələri kəsilsin deyə bu addım atdı. Beləliklə, 4,5 min kv/km ərazi ermənilərə verildi. Bu, tarixə bədnam “1 dekabr bəyanatı” kimi düşdü”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code