Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə bir saatda 2 dəfə zəng vurmasının detalları məlum olub.

0
24
Armenia's Prime Minister Nikol Pashinian touches his head during a news conference in the capital Stepanakert of the separatist Nagorno-Karabakh on Wednesday, May 9, 2018. Nagorno-Karabakh, part of Azerbaijan has been under the control of local ethnic Armenian forces and the Armenian military since a war ended in 1994 with no resolution of the region's status. (AP Photo/Thanassis Stavrakis)

Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” yazıb. Məlumata görə, Kəlbəcərdəki qızıl yataqları ilə bağlı Ermənistanda yaranan böhrandan narahat olan Paşinyan Putinə 2 dəfə ardıcıl zəng vurmaq məcburiyyətində qalıb. Onun Vladimir Putindən 10 noyabr tarixli üçtərəfli razılaşmaya yenidən baxılmasını xahiş etdiyi bildirilib.

Qeyd edək ki, Ermənistan hökuməti telefon danışığı ilə bağlı yaydığı açıqlamada üçtərəfli sazişin müzakirə edildiyini və sərhədlərin düzgün çəkilməsi, Laçın dəhlizindəki vəziyyət, sülhməramlıların fəaliyyəti və girovların dəyişdirilməsi kimi məsələlərə toxunulduğu bildirilmişdi.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code