SON DƏQİQƏ: Azərbaycanda icra başçısı koronavirusdan VƏFAT ETDİ – FOTO

0
42

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev bu gün dünyasını dəyişib

Publika.az bununla bağlı “Facebook”da məlumat paylaşılıb.

Bildirilib ki, Vahid Tağıyev bir müddət öncə yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və bununla bağlı müalicə alırdı.

Qeyd edək ki, Vahid Heydər oğlu Tağıyev 1961-ci ildə Göyçay rayonunun Alpoud kəndində anadan olub. 1983-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu mühəndis mexanik ixtisası üzrə bitirib. Həmin ildən Avtomobil Təmiri Zavodunda iş fəaliyyətinə başlayıb, çilingər vəzifəsindən zavodun Texniki Nəzarət şöbəsinin rəisi vəzifəsinədək yüksəlib. 1984-1987-ci illərdə Göyçay rayonu “Leninqrad” südçülük sovxozunda azad komsomol komitə katibi, 1987-2016-ci illərdə Azərbaycan Respublikası DTK, MTN və DTX-də hərbi qulluqda əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili və rəis vəzifələrində işləyib. 2006-cı ildə “Hərbi xidmətə görə medal”ı ilə təltif edilib. 2018-2019-cu illərdə “Yeni Həyat Şirkətlər Qrupu” MMC-nin Daxili Təhlükəsizlik Departamentinin direktoru, 2019-cu ilin fervalından sentyabrınadək “Azərenerji” ASC-nin Nəzarət idarəsində rəis müavini vəzifəsində çalışıb.

Vahid Tağıyev ötən il Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Allah rəhmət eləsin!

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code