Ermənistan bu əraziləri də Bakıya verməlidir – Rusiyadan MÜHÜM AÇIQLAMA

0
20

Həm Sovet İttifaqının dağılması zamanı, həm də ondan öncə Ermənistan ərazisində 4 Azərbaycan eksklavı mövcud olub. Üstəlik, hardasa bir qrup kənd, ayrı yaşayış yerləri və hətta məskunlaşdırılmamış tarixi yerlər də var idi.

Publika.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında rusiyalı qafqazşünas, hərbi ekspert Oleq Kuznetsov deyib.

“İlk ən vacib eksklav Naxçıvan muxtariyyətinin Sədərək bölgəsinin inzibati tabeliyində olan Kərkidir. Daha bir eksklav Ağstafaya, ikisi isə Qazaxa tabe idi. Eksklavların ümumi sahəsi 1989-cu ildə təxminən 80 kvadrat kilometr təşkil edib. Bu, kifayət qədər geniş ərazidir. Zamanında oradan bir neçə min azərbaycanlı çıxarılıb. İki eksklavın adını orada yaşayan ermənilər dəyişdirib. Bu ərazilər rəsmi Bakının nəzarətinə qayıtmadan Azərbaycanın ərazi bütövlüyünün bərpası yüz faiz tamamlanmış hesab edilə bilməz”, – o vurğulayıb.

Ekspert Kərki eksklavının bir neçə nəqliyyat marşrutunun kəsişməsində yerləşdiyini və məhsuldar əkinçilik torpaqlarına sahib olduğunu xatırladıb: “Əlbəttə ki, bu məsələ Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası prosesi başa çatdıqdan sonra Azərbaycanla Ermənistan arasında danışıqların mövzusu olacaq”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code