Baş infeksionistdən əhaliyə müraciət: Nəfəs darlığı yaranarsa…

0
19

Bu gün COVİD-19-a yoluxan bəzi insanlar virusu ciddi qəbul etməyərək özünümüalicə ilə məşğuldurlar.

Publika.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, belə insanlar yalnız vəziyyətləri ağırlaşdığı-nəfəs darlığı yaranan zaman həkimə müraciət edirlər:

“Bəzi insanlar görürlər ki, ətrafındakı insanlar evdə qalmaqla, internetdən reseptlər götürməklə özlərini müalicə edirlər və onların səhhətində heç bir mənfi hal baş vermir. Lakin nəzərə alınmalıdır ki, virusa yoluxan insan risk qrupuna daxil ola, onda ağırlaşdırıcı halların baş verməsi mümkün ola bilər. Cavan-yaşlı olmasından asılı olmayaraq, orqanizmin xüsusiyyətlərinə uyğun olaraq, insanlar xəstəliyi ağır keçirə bilərlər”.

T.Eyvazov qeyd edib ki, özünümüalicə nəticəsində vəziyyəti ağırlaşmış insanlar xəstəxanaya daxil olduqları zaman onlara qarşı görülən müalicə tədbirləri effektiv olmaya bilər:

“Ona görə də əhalidən xahiş edilir ki, yoluxduqları ilk gündən həkimə müraciət etsinlər. Müalicələrini evdə etsələr belə, bunu həkim nəzarəti altında etsinlər”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code