“Qarabağ klanı”nın məşum sonu: hamısı üçün həbsxana yolu

0
30

Köçəryan istintaq altında, Ohanyan axtarışda, Sərkisyana cinayət işi açılıb; politoloq: “Onların hakimiyyətə gəlmək şansları üfüqdə belə görünməyəcək”

Xocalıda əliyalın insanları qətlə yetirmiş Robert Köçəryan və Serj Sərkisyan hakimiyyətinin devrilməsi ilə heç də hər şey onlar üçün bitməyib. Belə ki, “Qarabağ klanı” adlandırılan bu traybalist qüvvələrin əsas kriminal fiqurları bir-bir istintaqa cəlb olunmaqdadır. Azərbaycan Ordusu təkcə Ermənistanın indiki rəhbərliyinə deyil, keçmiş prezidentlər Sərkisyan-Köçəryan cütlüyünə də elə bir dağ çəkib ki, özlərinə çətin gəlsinlər.

İllərdir ki, “Artsax qəhrəmanı” kimi qürrələnərək İrəvanda “at oynadan”, iki il yarım əvvəl isə “Soros uşaqlarının” küçə inqilabı nəticəsində küncə sıxışdırılan Sərkisyan-Köçəryan ikilisinə, eləcə də ətrafına dəmir barmaqlıqlar arxası görünməkdədir.

Onsuz da Köçəryan istintaq altındadır, klanın odioz liderlərindən biri Seyran Ohanyan barəsində axtarış elan edilib, Sərkisyanın da qandallanmasına çox qalmayıb. Çünki bu ağır məğlubiyyətdə onların da məsuliyyəti az deyil. Odur ki, “Qarabağ klanı”nın nəinki hakimiyyətə gəlmək, hətta idarə qapısında gözətçi olmaq şansları belə yoxdur – Ordumuz təkcə Paşinyanı deyil, onun müxalifətini də darmadığın edib.

Prezident və Birinci vitse-prezident Ağdamda səfərdə olublar

Prezident İlham Əliyev də həm Füzulidə, həm Ağdamda olarkən Köçəryan-Sərkisyan cütlüyünə sillə kimi sözlər yağdırmışdı. Sitat: “Mən Füzuli şəhərində demişəm, bir daha demək istəyirəm, biz Köçəryan, Sərkisyan ordusunu məhv etmişik. Biz Köçəryana, Sərkisyana qarşı qüdrətimizi göstərmişik. Biz onları məğlub etmişik. Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm. Köçəryan, Sərkisyan, siz diz çökdünüz bizim qabağımızda… Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb də eləyib!”

Əlbəttə, əcəb eləyib. Amma maraqlıdır, bu terrorçuların yenidən iqtidarı ələ almaq şansları zərrə qədər də olsa qalıbmı?

Mənim kəndim - Qabil Hüseynli: “Anamın əziyyət çəkməyinə dözmədim” - LAYİHƏ  - modern.az

Qabil Hüseynli

Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistanda “Qarabağ klanı”nın çox zəif mövqeləri qalıb. Onun fikrincə, Köçəryan və Sərkisyan iflasa uğramış siyasətçilərdir: “Baxmayaraq ki, cəmiyyət müharibədə məğlubiyyətə görə Paşinyandan hesab istəyir, amma erməni ordusunun zəifləməsində, məğlubiyyətində Köçəryan-Sərkisyan rejiminin az rolu olmayıb. Onlar illər ərzində sülh danışıqlarında qeyri-konstruktivliyin bünövrəsini qoyublar. Eyni zamanda saxta ”Artsax” ideyasını Ermənistan ermənilərinə süni şəkildə, zorla qəbul etdiriblər. Ona görə cəmiyyətdə parçalanma var”.

Siyasi şərhçi hesab edir ki, Ermənistandakı ermənilərin böyük qismi “Artsax” ideyasını qəbul etmək istəmir. “Onlar bildirirlər ki, Qarabağa görə övladlarımızın həlak olmasının tərəfdarı deyilik. Deyirlər ki, başımızı aşağı salmalıyıq, hökumət Ermənistandakı ermənilərin maddi rifahının yüksəlməsi üçün çalışmalıdır. Bu mənada məğlubiyyətdən sonra ”Qarabağ klanı”nın Ermənistanın gələcək siyasi palitrasında aparıcı rol oynayacağını proqnozlaşdırmaq çətindir. Digər tərəfdən, Qarabağ ermənilərinin sayı heç 100 min nəfərə çatmır. Mühacirəti də nəzərə alsaq, onlar cəmi 65-70 min nəfərdir. Eyni zamanda Ermənistanda da əhali də azdır, cəmi 1.8 milyon nəfərdir. Odur ki, bu kiçik kriminal qrupun Ermənistanda hakimiyyəti götürmək imkanları müşkül görünür. Hətta deyərdim ki, əgər demokratik seçkilər keçirilsə, üçüncü dövlətin – Rusiyanın bu ölkədə təsiri azaldılsa, “Qarabağ klanı”nın nümayəndələrinin hakimiyyətə gəlmək şansları uzun müddət üfüqdə belə görünməyəcək”, – deyə Q.Hüseynli Ermənistandakı siyasi mənzərəni şərh edir.

Ermənistanda qüvvələr NİSBƏTİ - “Qarabağ klanı” hakimiyyətdən gedir? -  modern.az

Analitikin sözlərinə görə, Köçəryan üzərində həbs cəzası var, müəyyən məbləğ ödəməklə azadlığa çıxıb, Ohanyan axtarışdadır, Sərkisyana cinayət işi açılıb, təhqiqat gedir: “Sadəcə, müharibə onun istintaqına fasilə verib. Habelə, onun arvadı koronavirusdan ölüb, hökumət bir qədər rəhm edir. Ancaq gələcəkdə siyasi mübarizə qızışdıqca, bu qüvvələr çətin ki, bir-birinə rəhm eləsinlər”.

Bu arada baş nazir Nikol Paşinyanın istefasını tələb edən 17 partiyanın nümayəndələri Rusiya elitasının nümayəndələri ilə fəal işləyirlər ki, yeni namizədi irəli sürsünlər. Ermənistanın “Joxovurd” qəzeti belə yazıb.

Bildirilir ki, Ermənistanın 17 partiyası üç namizədi – Vazgen Manukyanı, Artur Vanetsyanı və Qrant Baqratyanı müzakirə edib: “Strateji tərəfdaşımız bu namizədlərdən Vazgen Manukyana üstünlük verib. Manukyan bu yaxınlarda namizədlik məsələsini müzakirə etmək üçün Moskvaya yollanıb. Lakin bu, o demək deyil ki, Manukyan gələcəkdə Ermənistan Respublikasının baş naziri olacaq, o, yalnız müvəqqəti hökumətin başçısı olacaq. Yəni Manukyan qısamüddətli hökumətə rəhbərlik edəcək. Qəribədir, amma eyni zamanda aydın olur ki, vətəndaşlar arasında Nikol Paşinyanın çoxsaylı dəstəkçiləri də var”.

Nəşrin əməkdaşı Vazgen Manukyanla bu mövzu ətrafında söhbət etməyə çalışsa da, o, suallara cavab verməkdən imtina edib. Göründüyü kimi, Ermənistanda siyasi kataklizmlər yaşanır, ölkənin sabahının necə olacağı qaranlıq tunel kimi görünür, nicatın hansı qüvvənin hakimiyyətə gətirilməsində görüldüyü belə bilinmir. Eyni zamanda çökmüş “Qarabağ klanı”ndan ad çəkənlər də yoxdur. Çünki cəmiyyətdə böyük nifrət qazanıblar.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code