Ürək və damarların təbii dərmanını yaxından tanıyın

0
13

Digər faydalı xüsusiyyətlərlə yanaşı C vitamini damarların sağlamlığı üçün ən vacib olan vitamindir

BAKI, 8 oktyabr — Sputnik. Tərxun (estraqon) bir çox faydalı xüsusiyyətlərlə zəngindir. Sputnik Azərbaycan saglamolun.az-a istinadən tərxunun ürək və damarların sağlamlığı üçün mühüm faydaları ilə tanış olmağı təklif edir.

Tərxun C və P vitaminlərlə zəngindir. C vitamini tərxunda az qala sitrus meyvələrində olduğu qədərdir.

Digər faydalı xüsusiyyətlərlə yanaşı C vitamini damarların sağlamlığı üçün ən vacib olan vitamindir. C vitamini damarları möhkəmləndirir, onların elastikliyini artırır. Bu isə ürək-damar sisteminin sağlamlığı üçün ən vacib amillərdən biridir.

P vitamini (rutin) isə kapilyarların divarlarını möhkəmləndirir, damarların keçiciliyini zaldır, damarlarda sklerotik dəyişikliklərin qarşısını alır, damarları genişləndirir, təzyiqi normallaşdırır, qan dövranını yaxşılaşdırır, varikoz xəstəliyinin inkişafının qarşısını alır.

P vitamini C vitamininin orqanizm tərəfindən mənimsənilməsini yaxşılaşdırır.

Beləliklə, bu 2 vacib vitaminə görə tərxunu ürək-damar sistemi üçün ən faydalı məhsullardan biri hesab etmək olar.

Read more: https://sputnik.az/health/20171008/412203671/urek-ve-damarlarin-tebii-dermani.html

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin