Atəşkəs anlaşması bu ölkələrin “XƏTRİNƏ DƏYİB” – LAVROV AÇIQLADI

0
13
6305565

“Dağlıq Qarabağda atəşkəs məsələsi ATƏT-in Minsk qrupunun həmsədrləri kimi ABŞ və Fransanın da iştirakı ilə, mövqeləri nəzərə alınmaqla həll olunub”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT kanalına müsahibəsində deyib.

“Mənim fikrimcə bu məsələ, ABŞ-dan xəbərsiz həll olunmayıb. Çünki üç həmsədr ölkə olan Rusiya, ABŞ və Fransanın hələ 9 noyabr razılaşmasından əvvəl bir ay ərzində prezidentlər, xarici işlər nazirləri, xüsusi nümayəndələr səviyyəsində dəfələrlə səsləndirilmiş mövqeyi, yəni qan tökülməsini dərhal dayandıraraq atəşkəsə nəzarət mexanizmini yaratmaq istiqamətindəki mövqeləri siyasi cəhətdən, psixoloji cəhətdən öz təsirini göstərirdi”, – deyə XİN başçısı vurğulayıb.

ABŞ və Fransanın da region ölkələrində nüfuz sahibi olduqlarını vurğulayan rusiyalı nazir, bu iki ölkə nümayəndələrində Dağlıq Qarabağ münaqişəsi məsələsi ilə bağlı təmaslar zamanı müəyyən küskünlük sezildiyini deyib. O, bunu “kədərli” hal kimi qiymətləndirib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code