Qusar və Qubada koronovirus xəstələri saxlanıldı

0
13

Qusar rayon polis şöbəsinin əməkdaşları tərəfindən COVID-19 virusuna yoluxan 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 18-də Balaqusar kənd sakini, koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk edən T.Musayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Müəyyən edilib ki, T.Musayevin koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin oluub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb.

Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilib və həmin şəxs Təcili Tibbi Yardım avtomobili ilə koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Bundan başqa, Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən COVID-19 virusuna yoluxan 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Belə ki, noyabrın 18-də Vladimirovka kənd sakini, koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk edən İ.Mürsəlov polis əməkdaşları tərəfindən saxlanılıb.

Müəyyən edilib ki, İ.Mürsəlovun koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilib və həmin şəxs Təcili Tibbi Yardım avtomobili ilə koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code