Etirazçıların tələbləri qəbul olundu – Hökumət geri çəkildi

0
11

Ötən gün axşama qədər Tailand parlamentində keçirilən səsvermədə hakim və müxalifət partiyaları ilə etiraz edən qeyri-hökumət təşkilatları tərəfindən hazırlanan 7 islahat layihəsindən 5-i səs çoxluğu ilə təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, səsvermədən sonra parlament yeni baş nazirin seçilməsinə imkan verən Konstitusiya dəyişikliyi başda olmaqla, etirazçıların tənqid etdiyi qanunların müzakirəsinə yol açıb.

Müxalifət partiyaları tərəfindən təqdim edilmiş və monarxiya qanunlarının dəyişdirilməsini nəzərdə tutan iki layihə yekdilliklə rədd edilib.

Digər tərəfdən, səsvermə saatlarında Tailand polis mərkəzinin qarşısında toplanan minlərlə etirazçı Baş nazir Prayut Çan-oçanın istefası və monarxiya islahatları tələb edib.

Divarlara Tailand kralını tənqid edən şüarlar yazan bəzi nümayişçilərə polis sərt müdaxilə edib. Polisin nümayişçilərə qarşı sərt müdaxiləsi nəticəsində ən azı 50 nəfər yaralanıb.

Sentyabrın 19-dan paytaxt Banqkokda 50 min nəfərin iştirakı ilə 2014-cü ildən bəri ölkədə ən böyük etiraz aksiyaları başlayıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code