Nənə öz nəvəsini dünyaya gətirdi

0
13

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin sakini sonsuzluqdan əziyyət çəkən qızının uşaq sahibi olmasına kömək edib və öz nəvəsinin surroqat anası olub.

Bu barədə “Daily Mirror” məlumat yayıb.

51 yaşlı Culiya Lavinq bildirib ki, onun 29 yaşlı qızı Breanna Lokvud dörd il ərzində uşaq sahibi ola bilməyib.

Cütlük süni mayalanma xidmətindən yararlanmaq məqsədilə xəstəxanaya müraciət edib.

Lakin B.Lokvud iki dəfə uşağını düşürüb. Üstəlik qadının uşaqlıq yolunda xəstəlik yaranıb.

Uzun müddət nəvə arzusunda olan C.Lavinq qızına surroqat ana olmağı təklif edib.

ABŞ-da surroqat ana olmaq istəyənlər üçün yaş həddi 35-dir.

Ancaq C.Lavinqin sağlamlığı nəzərə alınaraq ona istisna edilib.

“Anam Culiya və körpə Brayer sağlamdırlar və özlərini çox yaxşı hiss edirlər! Sizə doğuş barədə çoxlu danışmaq istərdim, amma indi biz həyat yoldaşımla körpəmizə olan sevgidə qərq olmuşuq!” –  deyə B.Lokvud öz “Instagram” səhifəsində sevincini bölüşərkən yazıb

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin