Bütün diqqətlər Rusiyadadır – QARABAĞ MÜZAKİRƏSİ GEDƏCƏK

0
8

Rusiya Federasiya Şurası Rusiya Silahlı Qüvvələrinin ölkə xaricində istifadəsi məsələsinə baxacaq.

Publika.az xəbər verir ki, məsələ 18 noyabr tarixli iclasın gündəliyinə daxil edilib.

Senator Vyaçeslav Timçenko RİA “Novosti”yə açıqlamasında bunun Dağlıq Qarabağdakı sülhməramlı missiyası ilə əlaqəli ola biləcəyini istisna etməyib: “Düşünürəm, bəli, çox güman ki, Dağlıq Qarabağdakı sülhməramlılarımızdan danışacağıq”.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin 15-ci əlahiddə motoatıcı briqadasının sülhməramlı batalyonu işğaldan azad olunmuş Dağlıq Qarabağ ərazisində atəşkəsə nəzarət məqsədilə xidmət edir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin