Milli Dirçəliş günümüz mübarək olsun!

0
50

1987-1988-ci illərdə Sovet imperiyasının dağılmasıyla əlaqədar onun hüdudları daxilində qanlı çaxnaşmalar baş verdi.  Artıq çürümüş imperiyanın əsl mahiyyəti aydınlaşır, uzun illər təlqin olunan kommunist beynəlmiləlçiliyinin puç olduğu üzə çıxırdı. Xalqları bir-birinə düşmən etməklə öz dayaqlarını saxlamağa çalışan imperiya dəhşətli cinayətlərə əl atdı…

1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya  qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Xalq Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı.

Bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

Beləliklə 1992-ci ildən bəri noyabrın 17-si Milli Dirçəliş Günü kimi qeyd olunur.

Bu münasibətlə Azərbaycan xalqını təbrik edirik!

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri:  Şamil Sabiroğlu,

“Yeni Yurd” İctimai Birliyinin sədri: Mahirə Əsədova,

Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri: Ədalət Məhərrəmov,

“Azturkman.az” saytının təsisçisi:  Dilbər Sultanova.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code