Kremldən Türkiyənin Azərbaycana hərbçi göndərməsinə ilk reaksiya

0
19
“Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana hərbçi göndərilməsi ilə bağlı parlamentə təqdim etdiyi qanun layihəsi ölkə qanunvericiliyində nəzərdə tutulan daxili prosedur məsələsidir”.
Qaynarinfo “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, Türkiyə Azərbaycana hərbi qüvvə göndərəcək. Ölkənin Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb. Layihə Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.
Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code