Bu insanlara TƏHLÜKƏ: Noyabrın 20-22-də…

0
15

2020-ci il üçün ən güclü hesab olunan maqnit dalğası günləri barədə xəbərdarlıq olunub. Bu, 20-22 noyabr tarixlərinə təsadüf edir.

Publika.az xəbər verir ki, günəşdə baş verən partlayışlar səbəbindən Yerə təsir maqnit dalğası yaradır.

Alimlər qeyd edir ki, bu 2 gündə qeyd olunacaq dalğalar hətta bir neçə il idi qeydə alınmırdı.

Maqnit dalğalarının orqanizmə təsirindən qorunmağın yollarını təqdim edirik.

Noyabr ayı boyu Günəşdə 29 dəfə partlayış baş verib ki, bu Günəşin son 3 ildə ən aktiv dövrü hesab olunur. Meteohəssas insanlar üçün noyabr ayı gərgin keçib.

Qarşıdan 2 daha meqa güclü meteo dalğa gəlir.

Maqnit dalğaları zamanı təzyiq qalxır, enir, müxtəlif xroniki ağrılar kəskinləşir, baş ağrıları olur, ürəkdə ağrılar başlayır. İnsan özünü qəribə hiss edir.

Xüsusən ürək, təzyiq xəstələri, nevroz olanlar əziyyət çəkir.

Maqnit tufanları günlərində orqanizmi aktiv saxlamaq, idman etmək, açıq havada çox olmaq, maye, su içmək lazımdır, xəstələr lazımi dərmanlarını atmalıdır.

İçki və siqaret olmaz və ya azaltmaq lazımdır.
Yağlı, qızardılmış xəmir və ət xörəkləri yeməyin.
Çalışın tez yatasız.
Əsəbləşmək olmaz. (milli.az)

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin