Paşinyanın gizləndiyi yer MƏLUM OLDU – İki gündür ki…

0
49

Ermənistanın baş naziri Nikol Paşinyan iki gündür bunkerdən çıxmır.

Publika.az xəbər verir ki, nazir rəhbərlik etdiyi “Mənim addımım” fraksiyasının millət vəkillərini hökumət binasının bağçasında qəbul edib.

Bu, kapitulyasiya bəyanatının imzalanmasından sonra tərəflər arasında və baş nazirlə ilk görüşdür.

Millət vəkillərinə əvvəldən xəbərdarlıq edilib ki, informasiya sızıntısı olsa, heç kim bağışlanmayacaq. Lakin deputatlar baş nazirin təhdidlərinə ciddi əhəmiyyət verməyərək mediaya bəzi detalları açıqlayıb.

Bildirilib ki, N.Paşinyan görüşdə kapitulyasiya barədə uzun müddət danışıb. Son canlı yayımında dediklərini təkrarlayıb. Ordunu ittiham edib və bəyanatı imzalamağa məcbur olduğunu söyləyib. Lakin baş nazirin monoloqu ilə çox az adam maraqlanıb.

“Vəziyyətdən çıxmaq planları barədə və nələrisə xilas etmək üçün hələ gec olmadığını eşitməyə getdim, amma təəssüf ki, eşitmədim”, – görüşdə iştirak edən millət vəkillərindən biri deyib.

Qeyd edilib ki, Paşinyanın çıxışı həmişəki kimi xaotik və ziddiyyətli olub.

Xatırladaq ki, 10 noyabrda kapitulyasiya bəyanatının imzalanmasından sonra baş nazirə qarşı etiraz aksiyaları başlamışdı. Paşinyanın evi və xidmət otağı etirazçılar tərəfindən talan edilmişdi. Lakin o, heç yerdə tapılmamışdı. Baş nazirin əvvəl Müdafiə Nazirliyi, daha sonra ABŞ-ın Ermənistandakı səfirliyində gizləndiyi iddiaları yayılmışdı.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code