Noyabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb

0
15

Noyabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Bunu Milli.Az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSM) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.

Onun sözlərinə görə, DSMF tərəfindən noyabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb. Dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də noyabr ayının pensiyaları ödənilib. Vətəndaşlar pensiyalarını Beynəlxalq Bankdan və Kapital Bankdan onlara verilmiş kartlar vasitəsi ilə həmin bankın bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə noyabr ayının pensiyaları bu ayın 6-da ödənilib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin