“Ermənistanın bu vəziyyətdən çıxması çox çətin olacaq”

0
16

“Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev 44 günə çox möhtəşəm qələbəyə imza atdı!”

Bunu Milli.Az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

O bildirib ki, Ermənistanın həddindən artıq ağır sosial vəziyyətlə üzləşəcəyi, vətəndaş müharibəsinin olması qaçılmazdır:

“BMT-nin demək olar ki, 30 il əvvəl qəbul edilmiş qətnamələrini Azərbaycan təkbaşına icra etdi. Azərbaycan ərazisindən, Qarabağdan erməni qoşunlarını çıxardır. Hərbi sahədəki möhtəşəm qələbələrimizi məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail olan cənab Prezidentin bu qələbəsindən sonra Ermənistanın kapitulyasiyasının elan edilməsi baş verdi.

Bu məğlubiyyətdən dərhal sonra Ermənistanda başlayan vətəndaş müharibəsi, dövlət çevrilişinə cəhd, hakimiyyətin tarimar olması, hərc-mərcliklə bağlı vəziyyətin olması, sosial partlayışın baş verməsi gözlənilən idi. Artıq Ermənistan çox ağır durumdadır. Yoxsul və dilənçi kökündə yaşayan 70 000 erməni də Ermənistan ərazisinə köç gedir.

Bilirsiniz necə çökəcəklər?! Heç bir iqtisadiyyatı olmayan və dövlət kimi xarici borcu on milyarddan çox olan Ermənistanın həddindən artıq ağır sosial vəziyyətlə üzləşəcəyi, vətəndaş müharibəsinin olması qaçılmazdır. Bu gün hakimiyyətə kimin gəlməsindən və ya Paşinyanın hakimiyyətdə qalmasından asılı olmayaraq, bu vəziyyətdən çıxmaları çox çətindir. Bunların yeganə yolu, məğlubiyyətləri ilə barışmaları və qonşu dövlətlərlə normal münasibətlərin qurulmasına cəhd etmələridir. Türkiyə, Azərbaycan, İran, Rusiya ilə münasibətlərin normallaşaması üçün axmaq və səfeh iddialarından əl çəkməlidilər. Əks halda erməniləri çox ağır günlər gözləyir”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin