Paşinyan bütün rəqiblərini həbs etdirdi

0
63
Armenia's Prime Minister Nikol Pashinian touches his head during a news conference in the capital Stepanakert of the separatist Nagorno-Karabakh on Wednesday, May 9, 2018. Nagorno-Karabakh, part of Azerbaijan has been under the control of local ethnic Armenian forces and the Armenian military since a war ended in 1994 with no resolution of the region's status. (AP Photo/Thanassis Stavrakis)

Ermənistanın Xüsusi İstintaq Xidməti İrəvanda ötən gün qanunsuz mitinqlər təşkil etdiyinə və keçirdiyinə görə 10 müxalifətçini həbs edib.

Publika.az xəbər verir ki, saxlanılanlar arasında “Çiçəklənən Ermənistan” partiyasının lideri Gaqik Tsarukyan, “Daşnaksütyun” nümayəndəsi Geqam Manukyan, Respublika Partiyasının nümayəndələri Eduard Şarmazanov, David Hambardzumyan və Ara Saakyan Ermənistan Cinayət Məcəlləsinin 225.1-ci maddəsinə əsasən zorakılıqla müşayiət olunan kütləvi iğtişaşların təşkili, odlu silah istifadəsi və ya hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərməkdə ittiham olunur.

“Daşnaksütyun” üzvü İşxan Saqatelyan, Milli Təhlükəsizlik lideri Qarnik İsagulyan, “Vahid Ermənistan” partiyasının lideri Artur Qazinyan isə Ermənistan Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə əsasən dövlət sirrini ehtiva edən sənədlər yaymaqda günahlandırılır.

Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, “Vətən” partiyasının lideri Artur Vanetsyan və politoloq Suren Surenyan isə hər iki maddəyə əsasən məsuliyyətə cəlb olunub.

Daha iki nəfərə – Vahaqn Çaxalyan və Xraçya Qukasyana yazılı öhdəlik verilib.

Cinayət işlərinin ibtidai istintaqı davam edir.

Xatırladaq ki, 11 noyabrda İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirilmişdi. Aksiyaları 17 müxalifət partiyası təşkil etmişdi.

Etirazların bu gün də davam edəcəyi gözlənilir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code