“Fransa Qarabağda məğlub oldu” – Fransız nəşrindən sensasion məqalə

0
13

“İkinci Qarabağ savaşının nəticələri Türkiyəyə qarşı düşmən mövqe tutan, aşkar şəkildə Ermənistanı dəstəkləyən Fransanın faktiki olaraq Suriya və Liviyadan sonra növbəti uğursuzluğudur”.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransada nəşr olunan “L’Opinion” qəzeti bildirib.

“Dağlıq Qarabağ: savaşın hərbi dərsləri” başlıqlı məqalədə müəllif, professor Jan Domenik Merşet yazır:

“Artıq tam aydın olan bir məqam var: başda ABŞ və Fransa olmaqla Qərb ölkələri Qarabağla bağlı diplomatik oyunlardan kənara atıldılar. 1993-cü ildən bəri Minsk Qrupunun üç həmsədri – ABŞ, Fransa və Rusiya bu münaqişənin həlli ilə bağlı məsuliyyət daşıyırlar. Onlar uğursuzluğa düçar oldular. Çünki ilk Qarabağ savaşında Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan status-kvodan razı idi.

İkinci Qarabağ savaşını nəticələri Türkiyəyə qarşı düşmən mövqe tutan, aşkar şəkildə Ermənistanı dəstəkləyən Fransanın faktiki olaraq Suriya və Liviyadan sonra növbəti uğursuzluğudur. Qarabağ savaşı Fransa Müdafiə Nazirliyi tərəfindən hələ uzun müddət təhlil ediləcək. Xüsusilə də hərbi məktəblərdə.

Sirr deyil ki, Fransa Türkiyə ilə hərbi qarşıdurmanı istisna etmir. Azərbaycan ordusu barədə isə deyə bilərik ki, yetərincə yaxşı səviyyə nümayiş etdirdi”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin