ABŞ 6 həftə qapansın, cəhənnəmdən xilas olmaq üçün… – Baydenin məsləhətçisi

0
9

“COVID-19 epidemiyasına nəzarət etmək üçün bu müddətdə insanlara maddi zərərlərini ödəmək şərtilə ABŞ 4-6 həftəlik qapanmaya getməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Minnesota Universitetinin İnfeksion Xəstəlikləri Araşdırma və Siyasət Mərkəzinin direktoru, yeni seçilmiş prezident Co Baydenin COVID-19 Məsləhət Şurasının üzvü Mişel Osterholm tövsiyə edib.

O bildirib ki, ölkədəki müəssisələri tamamilə bağlamaq, insanlara 4-6 həftə ərzində itirdikləri əməkhaqqını ödəmək epidemiyanın qarşısını almağa və iqtisadiyyatı yoluna qoymağa kömək edər:

“Dünyanın peyvəndi gözlədiyi bir zamanda ümummilli bir qapanma yeni xəstələrin sayını azalda və xəstəxanaya yerləşdirilənləri idarəolunan səviyyəyə gətirə bilər”.

Mişel Osterholm qeyd edib ki, maska taxmaqdan və sosial məsafə saxlamaqdan bezən insanların sayının artması yoluxma statistikasına ciddi təsir göstərir: “Ölkə COVID cəhənnəminə doğru irəliləyir”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin