Paşinyan MN-nin bunkerində, qızları Kanadada, xanımı isə… – İrəvan şokda/Yeni

0
14

Bu günlərdə hamı Nikol Paşinyanı və ailə üzvlərini axtarır. Amma onların yeri bəlli deyil.

Bu barədə erməni mətbuatı yazır.

Qeyd edilir ki, indi onları İrəvan küçələrində olan kütlənin əlinə vermək olmaz, ancaq insanların onun harada olduğunu bilmək haqqı var. Xüsusilə, bu şəxs baş nazir səlahiyyətlərini həyata keçirdiyini deyir. Ancaq bu səlahiyyətləri harada həyata keçirir?

Erməni mətbuatı bildirir ki, Paşinyan Feysbuk üzərində canlı yayıma çıxsa da, elə məkan seçir ki, insanlar onun harada olduğunu bilməsinlər.

Bəzi mənbələr Nikol Paşinyanın Müdafiə Nazirliyinin inzibati binasında olduğunu qeyd edirlər. Daha doğrusu, özünü təhlükəsiz hiss etdiyi bunkerdə gizləndiyi güman edilir.

Ehtimal olunur ki, baş nazirin ailəsi də publikanın gözü qarşısında deyil. Nikol Paşinyanın iki qızı-Məryəm və Şuşanın bir müddət əvvəl İrəvanı tərk etdiyi qeyd edilir. Onların Kanadada olduğuna dair iddialar səsləndirilir.

Baş nazirin xanımı Anna Akopyandan da xəbər yoxdur. O, sülh sazişindən əvvəl hərbi təlimlərdə iştirak edib, bu barədə fotolar paylaşıb. Məlum olub ki, Anna Akopyan təlimlərə Gorusda qatılıb. Yəni onun olduğu sonuncu məkan Gorus şəhəri olub. Sülh sazişindən sonra Akopyan Gorusu tərk edib. Harada olduğu isə bəlli deyil.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code