Nikol getməlidir: 45 günlük müharibə bizə utanc gətirdi – Abovyan

0
9

Çiçəklənən Ermənistan Partiyasının parlamentdəki fraksiyasının deputatı Arman Abovyan erməni parlamentinin qarşısına toplaşan insanlarla görüşüb.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, deputat bütün gecəni parlamentdə keçirdiklərini bildirib.

O, həmçinin deyib ki, partiya tərəfindən imzaların toplanması başa çatıb: “Düşünürəm ki, digər partiyada buna imza atacaq və bundan sonra məsələ şurada qaldırılacaq. Beləcə parlamentin növbədənkənar iclası çağırılacaq. Hökumət və Nikol Paşinyan getməlidir. 45 günlük müharibə bizə utanc gətirdi. Bu hökumətin problemləri həll etmək iqtidarında olmadığını anladıq”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin