Şuşa BELƏ ALINDI – Erməni ordusunun dəhşət yaşadığı gecənin TƏFƏRRÜATI

0
8

“Şuşanın müdafiəçiləri” darmadağın olundu. Onlarla yaralı hərbi təcili yardım maşınlarının arxasında bir-birinin üstünə atılıb. Onlar Xankəndi xəstəxanasına aparılır. Digərləri mübarizəni davam etdirə bilməyəcəklərini deyərək dağdan enirlər. Bölmələr təcili olaraq mövqelərini tərk etdilər”.

Publika.az xəbər verir ki, bu sözləri “Le Monde”nin Qarabağa ezam olunmuş müxbiri qeyd edib.

O bildirib ki, Şuşa uğrunda mübarizə 6 noyabr cümə günü axşam saatlarında Azərbaycan Ordusunun xeyrinə dəyişib: “Şuşadan gələn yaralılarda əsasən güllə və süngü yaraları var. Avtomat və ya karabin yox, tapança güllələrinin yaraları. Bu, o deməkdir ki, Şuşa şəhəri birbaşa təmas döyüşündə, əlbəyaxa döyüşlərdə azad olunub. Hücum zamanı azərbaycanlılar döyüş meydanında yaralı və ölü qoymayıblar. Özləri ilə dağa, şəhərə qaldırıblar”.

Qeyd edək ki, Şuşanın azadlığı uğrunda aparılan əməliyyat “Evimizdə döyüş” adlanır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin