“Şuşa Azərbaycanın nəzarətinə keçib”! Bu iddianın açması nədir? – Mirmahmud Mirəlioğlu “Canlı debat”da

0
14

Vətən müharibəsinin 41-ci günündə müzəffər ordumuz sürətlə irəliləyir, cəmiyyət qələbə xəbərlərinə təşnədir. “Şuşa işğaldan azad edilib”, xəbərləri sürətlə yayılır. Lakin rəsmi təsdiq olmayınca…

Şuşa qalasının azad olunması Qarabağ müharibəsinin taleyi necə dəyişəcək? Şuşanın Azərbaycanın nəzarətinə qayıtması hərbi-strateji baxımdan nə deməkdir? Xankəndinin, Ağdamın azad edilməsi daha da asanlaşır. Bəs bunun siyasi avantajı?

Azərbaycan 2021-ci ilə qədər Qarabağ problemini çözüb, işğalsız torpaqlar dönəminə daxil ola biləcəkmi? Yaxın 2 ayın proqnozu necədi?

Prezident İlham Əliyev Paşinyanla görüşün mənası qalmadığını açıqladı. Müharibədə böyük üstünlük əldə etmiş dövlətin başçısının verə biləcyi ən doğru qərar budur! Amma sabah kapituliasiya, yaxud buna bənzər hər hansı sənəd imzalansa, Ermənistanı kim təmsil edəcək? Tərəflər arasındakı görüş formatı necə olacaq? Dünya təcrübəsində bu proses necə olub indiyədək?
Rusiya XİN Mariya Zaxarovanın dilindən yenə Qarabağa Yaxın Şərqdən terrorçu-muzdluların gəldiyini iddia edib. İşarə edib ki, onlar guya Azərbaycan tərəfdə vuruşur. “Qarabağda terror anklavı yarana bilər”, deyib. Amma heç bir konkret fakt, dəlil ortada yoxdur. Lavrovun ətrafı niyə bu iddiaları səsləndirir? İlham Əliyev son verdiyi müsahibədə bir daha dedi ki, bunlar əsassız iddialardır, bizim muzdlulara ehtiyacımız yoxdur Ermənistandan fərqli olaraq. Ancaq Rusiya XİN-i yenə əl çəkmir. Səbəb nədir?

Qarabağ müharibəsinin uğurlu yekunundan və ərazi bütövlüyümüzün bərpasından sonra Rusiya-Ermənistan strateji əlaqələrini nə gözləyir? İrəvan bu əlaqələri qırıb (KTMT-dən də çıxıb, Gümrü bazasını öz ərazisindən çıxarıb) üzünü həmişəlik Qərbə çevirə bilərmi?

Bu və digər sualları bu gün saat 12.00-də KXCP sədri Mirmahmud Mirəlioğlu ilə müzakirə edəcəyik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, canlı yayına qatıla bilərsiz. Youtube səhifəmizin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin