Oğlanları ilə birgə döyüşüb şəhid olan ata

0
131

İkinci Qarabağ müharibəsinin başladığı ilk günlərdən iki oğlu ilə birlikdə döyüşlərə gedən və şəhid olan Müşfiq Abbasovun övladları hələ də döyüşür.

Minval.info AzTV-yə istinadən xəbər verir ki, Ağdam rayonunun Abdalgülablı kəndindən məcburi köçkün düşən M.Abbasov oğulları Şamil və İntiqamla birgə sentyabrın 27-dən başlayan döyüşlərə qatılıb.

Birinci Qarabağ müharibəsində isə Müşfiq Abbasov qardaşları ilə birgə döyüşürmüş.

Onun oğlu Şamil Abbasov deyib ki, atası lap uşaq yaşlarından onlara silahla davranmağa öyrədib, sanki bu gün üçün döyüşlərə hazırlaşdırıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code