“Azərbaycanın Şuşaya çatdığını nəzərə alsaq…” – Sarkisyandan Paşinyan iqtidarına sərt sözlər

0
13

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan İctimai Televiziyasında bəyan edib ki, 2018-2020-ci illərdə son 10 illə müqayisədə daha müasir silahlar alıb. Beləliklə, o, 2008-2018-ci illərdə Ermənistanın prezidenti olan Sarkisyanın hakimiyyətinin hərbi sahədə yarıtmaz siyasət yürütdüyünə eyham edib.

Ovannisyanın iddialarına Sarkisyanın cavabı kifayət qədər sərt olub. O bildirib ki, Müdafiə Nazirliyinin sözçüsü ya rəqəmləri bilmir, ya da bilərəkdən reallığı təhrif edir.

“Ölkənin müharibə şəraitində olduğunu və hərbi vəziyyət elan edildiyini, qarşı tərəfin artıq Şuşaya çatdığını nəzərə alsaq, bu barədə danışmaq, günahkar axtarmaq  ləyaqəsizlikdir. Hərbi vəziyyət başa çatdıqdan sonra biz bu mövzuya və bu kimi əsassız spekulyasiyalara ətraflı və əsaslandırılmış şəkildə toxunacağıq”.

Ovannisyanın Sarkisyana cavabı gecikməyib. Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, rəqiblərinin heç biri 2018-2020-ci illərdə alınan silahların miqdarı barədə ondan daha çox məlumatlı deyillər. “Məxfilik səbəbilə ətraflı məlumat verə bilmərəm, amma kimsə bu mövzularda spekulyasiya etməyə çalışırsa, deməli, vəziyyətə nəzarət etmir. Çox şey bilirəm, sadəcə təmkinli olun”, – deyə əlavə edib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin