Rusiyadan Sarukyana gizli məktub – Paşinyan hərəkətə keçdi

0
39

“Rusiya siyasi dairələrindən “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Sarukyana məktub göndərilib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti məlumat göndərilib.

Nəşr yazır ki, Rus siyasi dairələri ilə görüşmək üçün Moskvaya göndərilən “Çiçəklənən Ermənistan” fraksiyasının nümayəndə heyəti artıq İrəvana qayıdıb: “Məlumata görə, fraksiyanın nümayəndə heyəti Moskvada qəbul edilib. Həm hakim Vahid Rusiya Partiyasının nümayəndələri, həm də rəsmi şəxslərlə bir sıra görüşlər keçirilib. Onlarla Qarabağdakı son durum və uzunmüddətli sülhün bərqərar olması yolları müzakirə olunub”.

Nəşr qeyd edib ki, partiyadan olan mənbələr “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Sarukyanın bu yaxınlarda Rusiya siyasi dairələrindən qapalı zərfdə bir məktub alması barədə yayılan məlumatları təsdiqləyiblər. “Çiçəklənən Ermənistan” fraksiyasının nümayəndələri səfərin təfərrüatları və məktubun məzmunu barədə hələ açıqlama verməyiblər.

Lakin Ermənistan müxalifətində Baş nazir Nikol Paşinyanın əsas rəqiblərindən bir olan Sarukyana Moskvadan gələn məktub erməni cəmiyyətində birmənalı qarşılanmayıb. Dağlıq Qarabağda əməliyyatlar başlayandan Rusiyadan dəstək ala bilməyən Paşinyandan fərqli olaraq, Sarukyana Moskvada olan etimad Qarabağdan əllərini üzən erməniləri “yeni qəhrəman axtarışı”na çıxarsa da, “qiyamçı baş” nazir rəqibinə bu şansı vermək niyyətində deyil.

Belə ki, “Çiçəklənən Ermənistan” fraksiyası üzvlərinin Moskva səfərindən sonra Paşinyan üzərində cinayət işi olan rəqibinə qarşı təzyiqləri yenidən sərtləşdirib. Baş nazirə yaxın media qurumları Qagik Sarukyanı hədəf alaraq, onu hakimiyyətə qarşı qiyam hazırlığında suçlayırlar.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code