Moskvadan İrəvana gecə reysi – Ermənistana 50 ton yük göndərildi

0
39

Rusiyadan Ermənistana humanitar yardımların göndərilməsi davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyi məlumat yayıb.

Məlumatda yardımların Qarabağ erməniləri üçün göndərildiyi bildirilib. Moskvadan İrəvana yeni humanitar yardım bu gecə göndərilib. 50 ton ağırlığında olan humanitar yükə ərzaq, dərman vasitələri və tibbi avadanlıqlar, uşaq geyimləri və müxtəlif zəruri malların daxil edildiyi iddia olunub.

Yardımın Rusiyada yaşayan ermənilərin səyləri ilə toplandığı da iddialar arasındadır.

Əlavə edək ki, son beş həftə ərzində Rusiyadan Ermənistana yüzlərlə ton həcmində yardım çatdırılıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code