Ermənistanda Paşinyana TƏLƏB QOYULDU

0
15

Erməni ziyalılarının 70 nümayəndəsi baş nazir Nikol Paşinyan və xalqa müraciət edib.

Publika.az xəbər verir ki, onlar bütün fikir ayrılıqlarından imtina etməyə çağırıb.

Ziyalılar baş nazirə konkret təkliflər təqdim edib. Onlar Ermənistan qanunvericiliyində nəzərdə tutulmuş və aydın səlahiyyətlərə malik xüsusi bir hərbi-siyasi qurumun yaradılması da daxil olmaqla, bütün mümkün həll yollarını müzakirə etmək tələbi irəli sürüblər.

Xatırladaq ki, bir neçə həftə əvvəl Ermənistanda 16 parlamentdənkənar partiya da hərbi-siyasi qərargahın yaradılması təklifi ilə çıxış etmişdilər. Lakin bu təklif hələ də cavabsız qalır. Bu prosesdə “Daşnaktsütyun” Partiyası lokomotiv rolunu oynayıb. Belə ki, ziyalılar Baqrat Yesayan tərəfindən hərəkətə gətirilib və mətn “Daşnaksütyun”un Ali Qurumunda yazılıb. Lakin ölkə rəhbərliyi və müxalifətin əsas siyasi qüvvələri buna qoşulmaqdan imtina ediblər. Təklif olunan məsələlər, o cümlədən Dağlıq Qarabağda Ermənistanın əleyhinə çevrilən durumla bağlı tərəflər arasında yekdil mövqenin olmadığı bildirilib.

Keçmiş hakim partiyanın mətbuat katibi Eduard Şarmazanov belə bir birliyin və səfərbərliyin mümkün olmadığını bildirib. Parlamentdəki “Çiçəklənən Ermənistan” fraksiyası isə Qarabağdakı məğlubiyyətə görə Nikol Paşinyanın liderlik etdiyi Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını açıqlayıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code