Bakıda “JohnsonJohnson”un məhsullarından imtina kampaniyası

0
10

Ekspert: “Elə etməliyik ki, erməniləri dəstəkləyən şirkət getsin”

“McDonalds”, “Papa Jons” şirkətlərindən sonra “Johnson&Johnson” da erməniləri dəstəklədiyini açıq göstərib. Mərkəzi ABŞ-da yerləşən “Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib. Şirkət paylaşımında separatçı qurumun adını çəkməklə, Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmanı ortaya qoyub. Qeyd edək ki, “Johnson & Johnson” korporasiyası illərdir Azərbaycanda müxtəlif növ gigiyena və sağlamlıq üçün dərman məhsullarının satışını həyata keçirir.

Artıq neçə gündür ki, ictimaiyyət bu şirkətlə bağlı boykot şüarları səsləndirir, mağazalar, iri ticarət obyerkləri şirkətin məhsullarından imtina edirlər.

“AzeriMed” QSC-dən bildirilib ki,  “Johnson & Johnson” brendinin bütün məhsullarını “Zəfəran”, “Kanon” və “Günəbaxan” apteklər şəbəkəsində, həmçinin Aptekonline.az xidmətindəki satışını tamamilə dayandırıb. “Westmar”, “Rahat”, “Bravo”, “Kontinental” supermarketlər şəbəkələri də “Johnson & Johnson” şirkətinin məhsullarının satılmasından imtina edib.

Eyyub Hüseynov: “Əhaliyə standartlara uyğun olmayan spirtli içkilər satılır”

Eyyub Hüseynov 

Bizimlə söhbətdə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu şirkətləri boykot etmək lazımdır: “Biz Beynəlxalq İstehlakçı Təşkilatının – dünyanın 126 ölkəsinin birləşdiyi təşkilatın üzvü olaraq bütün istehlakçıları çağırırıq ki, onları  boykot etsinlər. Lakin onların elə reklam kampaniyaları var ki, ölkələrə daxil olurlar. Dünyanın bir çox ölkəsində reketlik edənlər, pul yığanlar bu şirkətlərə fəaliyyət göstərməyə imkan vermir. Azərbaycanda isə bunların heç biri yoxdur, biz hüquqi dövlətik. Bu vəziyyətdən sui-istifadə edirlər, rahat bizneslərini qurublar. İndi nəinki Azərbaycanın tərəfini saxlamır, hətta Azərbaycan vətəndaşlarına təhlükəli qida da satırlar. Biz bu cür sistemləri boykot edirik. Bu gün bir xəbər də aldım. ”LUKoil”in bir çox yanacaqdoldurma məntəqələrində də Azərbaycan bayrağının qaldırılmasına icazə verilməyib. Bununla bağlı “LUKoil”in rəhbərliyinə məlumat göndərmişəm. Dünən də monitorinq apardım. Üç “LUKoil” məntəqəsinə baxdım, heç birində Azərbaycan bayrağı yoxdur. Halbuki iki gün öncə Azərbaycan vətəndaşları Rusiya bayrağı ilə bizim bayrağımızı avtomobillərə salıb, təşəbbüs göstərmişdilər. Bu da onu göstərir ki, sadəcə, “LUKoil”in yerli nümayəndələri buna razı olmayıb. Bu anormal haldır. Azərbaycanın apardığı müharibə siyasətini dəstəkləməyən istənilən ticarət şəbəkəsi boykot elan edilməlidir.  Azərbaycanlılar elə etməlidirlər ki, onlar çöksünlər, özləri ölkəmizdən çıxıb getsinlər. Azərbaycanda pul qazanan bu şirkətlərin məhsulları ekspertiza olunmalıdır, Azərbaycana arzuolunmayan mallar idxal edirlər. Bunların hamısının qarşısı alınmalıdır”.

Ermənilərin tərəfini tutan “Johnson & Johnson”un Azərbaycandakı məhsulları  - SİYAHI - FED.az

Qeyd edək ki,  1886-cı ildə qurulan “Johnson & Johnson” korporasiyası Azərbaycanda aşağıdakı markaların satışını həyata keçirir:

Dəri üçün olan məhsullar – “Le Petit Marseillais”, “Clean & Clear”, “Neutrogena Norveç Formulu”, “Johnson’s” məhsulları;

O cümlədən uşaqlar üçün – “Desitin”, “Johnson’s Baby” məhsulları;

Qadın gigiyenası üçün – “Carefree”, O.B. məhsulları;

Ağız boşluğu təmizliyi üçün – “Reach”, “Listerine”, “Metroqil Denta” məhsulları;

Mədə-bağırsaq preparatları – “İmodium”, “Mikroklizma Mikrolaks” məhsulları;

Soyuqdəyməyə və qrip əleyhinə – “Geksoral”, “Doktor MOM”, “Rinza”, “Tizin” məhsulları;

Digərləri – “Vizin”, “Nikorette” məhsulları.

Şirkət məhsullarının dünya üzrə mənfi imici də formalaşıb. Bir çox xarici mənbələrdə şirkət məhsullarının insan sağlamlığına mənfi təsir göstərdiyi qeyd edilib.

2017-ci ildə şirkətə qarşı daimi müştərisi tərəfindən məhkəmə işi başladılıb. Məhkəmə işi sağlamlığının şirkətin məhsullarına görə pozulduğunu deyən zərərçəkənin xeyrinə yekunlaşıb və məhkəməni açan şəxsə şirkət tərəfindən 110 milyon dollar ödənişin edilməsinə dair qərar qəbul edilib.

Həmçinin “Johnson & Johnson LLC”nin uşaqlar üçün nəzərdə tutulan məhsullarının xüsusilə təhlükəli olduğu iddia edilir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin