Ərdoğan nazirləri toplayır – Kritik QARABAĞ MÜZAKİRƏSİ

0
9

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyilə Nazirlər Kabinetinin növbəti iclası baş tutacaq.

Publika.az xəbər verir ki, nazirlərin müzakirə gündəminə 4 məsələ daxil edilib.

İclasın əsas gündəm maddəsi İzmir zəlzələsi və şəhərsalmadır. Bundan başqa, ölkə miqyasında koronavirus pandemiyası ilə bağlı son vəziyyət müzakirə olunacaq.

Nazirlər həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini masaya yatıracaq. Bunun fonunda Şərqi Aralıq dənizindəki son durum detallı şəkildə ələ alınacaq.

İclasın digər müzakirə mövzusu BMT-nin nəzdində Liviyadakı münaqişə tərəfləri arasında təmin edilən atəşkəs olacaq.

Münaqişələrlə bağlı meydandakı vəziyyəti Müdafiə nazir Hulusi Akar, diplomatik istiqamətdəki vəziyyəti isə Xarici İşlər naziri Mövlud Çavuşoğlu çatdıracaq.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin