Türkiyənin 18 şəhəri qarşısıalınmaz təhlükədədir – XƏBƏRDARLIQ EDİLDİ

0
11

Türkiyənin 18 şəhəri təhlükə altındadır.

Publika.az xəbər verir ki, professor Okan Tüysüz seysmik xətt zonalarında yerləşən şəhərlərin adlarını açıqlayıb.

O bildirib ki, ən təhlükəli bölgə Mərmərədir: “Çünki burada həm əhalinin sıxlığı, həm gözlənilən zəlzələnin miqyasının böyüklüyü, həm də Türkiyə iqtisadiyyatının can damarının İstanbul olması təhlükənin ölçüsünü genişləndirir. Bundan başqa, Palu (Elazığ), Hatay-Kahramanmaraş bölgəsi seysmik xətlərin qırılması gözlənilən ərazilərdir. Bu xətlərin hər birində 7 və ondan böyük bal gücündə zəlzələ ola bilər”.

Professor qeyd edib ki, Türkiyədə 550 ədəd müəyən edilmiş diri seysmik xətt var: “Bu xətlərin üzərində böyük şəhərlər yerləşir – Aksaray, Bolu, Yalova, Bursa, Sakarya, Manisa, Balıkesir, İzmir, Denizli, Aydın, Kahramanmaraş, Erzurum, Hakkari, Hatay, Eskişehir, Muğla, Bingöl və Kütahya”.

O.Tüysüz Mərmərə bölgəsindəki Şimali Anadolu seysmik xəttində hərəkətliliklə bağlı xəbərdarlıq edib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin