Ermənistan ordusu geri çəkilir: Bu həftə…

0
10

“Ermənistan ordusu geri çəkilir. Müdafiə Nazirliyinin məlumatına görə, işğalçı ordunun silah-sursatı da tükənmək üzrədir. Əslində, bu, gözlənilən idi. İndiyədək rəşadətli Ordumuz düşmənin 2.7 milyard dollarlıq silah-sursat və hərbi texnikasını ya məhv edib, ya da hərbi qənimət kimi götürüb”.

Teleqraf.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, illik dövlət büdcəsi 2.7 milyard dollardan az olan bir ölkə üçün bu, ciddi itkidir:

“Aydındır ki, hətta Ermənistan silah və sursatların bir hissəsini pulsuz və ya borclanaraq alsa da belə, qısa zamanda hərbi texniki bazasını yenidən gücləndirməsi real deyil. “Humanitar uçuşlar”la silah daşınmağa cəhd ediləsə də belə, pandemiyanın ümumi uçuşların sayını məhdudlaşdırdığını nəzərə aldıqda düşmən ölkədə ordu və təchizatın vəziyyətinin necə olduğunu təsəvvür etmək mümkün deyil”.

İqtisadçı onu da qeyd edib ki, reallıq Ermənistanın uzun müddətli müharibə aparmaq imkanlarına malik olmadığından ibarətdir:

“Buna görə də, ötən ayın əvvəllərində düşmənin birinci səddi darmadağın ediləndən sonra işğalçı ölkə hər vəclə atəşkəsə nail olmağa çalışırdı. Paşinyan hakimiyyəti 30 il ərzində qurduqları tunellər və istehkamların onlara yardım edəcəklərini düşünsələr də, şanlı ordumuz həmin maneələri darmadağın etdi.

Beləliklə, savaşın 6-cı həftəsinə Azərbaycan ordusu ciddi üstünlüklərlə başlayır. İnanırıq ki, ötən 5 həftədə Ali Baş Komandanımızın rəhbərliyi 200-ə yaxın yaşayış məntəqəsini azad edən rəşadətli ordumuz, bu həftə də bizi xoş xəbərlərlə sevindirəcək. Qarabağ Azərbaycandır!”

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin