Erməni terrorunun 13 yaşlı qurbanının anım mərasimi dünya şöhrətli fotoqrafın obyektivindən… – FOTO

0
10

Dünyaca məşhur fotoqraf Reza Deqati erməni terroru nəticəsində həlak olmuş Rusiya vətəndaşı 13 yaşlı Artur Mayakovla bağlı paylaşım edib.

Fotoqraf 13 yaşlı uşağın Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində anım mərasimindən fotolar çəkib.

Bildirib ki, A.Mayakov nənəsi ilə birlikdə Gəncədə yaşayıb:

“Oktyabrın 17-də ermənilər tərəfindən Gəncəyə açılan atəş nəticəsində ölən şəxslərdən biridir”.

R.Deqati qeyd edib ki, Aleksandr Nevski Rus Pravoslav Kilsəsi 130 il əvvəl xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin etdiyi ianə ilə inşa olunub.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin