“Səkkizinci möcüzə”

0
140
Şair, Bədii Yaradıcılıq və Qiraət klubunun üzvü Canyar Şahverdinin yeni şeirini təqdim edirik:
Ayağına denən ki,
bir də belə getməsin.
Kimdən gedirsə, getsin
məndən hələ getməsin.
Qulağına denən ki
inamasın hər sözə.
Sənin mənə gəlməyin
bundan sonra sayılar
səkkizinci möcüzə.
Əllərinə denən ki
toxunmasın yad ələ.
Demirəm ki həmişə
arada bir yad elə.
Saçlarına denən ki,
küləklə rəqs etməsin.
Adamı çox yandırır
doğmaların getməsi.
Gecəni oyaq qalıb
ay çıxanda yazıram.
Mənki də sevmək deyil
darıxanda yazıram.
Canyar Şahverdi
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin