Düşmənin qüvvəsi tükəndi – Şuşada döyüşmək üçün onları göndərdilər

0
39

Erməni hərbi birləşmələrinin Qarabağda döyüşəcək qüvvəsi qalmayıb.

Publika.az xəbər verir ki, bölgənin ən strateji əhəmiyyətli şəhəri olan Şuşada belə döyüşmək üçün könüllü dəstələr göndərilib.

Bu barədə qondarma “Dağlıq Qarabağ respublikası”nın “prezidenti” Arayik Arutyunyanın mətbuat katibi Vəhram Poqosyan feysbuk hesabında bildirib. O, paytaxt İrəvan və Ermənistanın digər bölgələrindən dəstələr toplandığını qeyd edib.

Qeyd edək ki, qondarma “Dağlıq Qarabağ respublikası”nın “prezidenti” Arayik Arutyunyan Şuşada döyüşmək üçün canlı qüvvənin olmadığını, buna görə könüllü dəstələrə ehtiyac olduğunu, Azərbaycan Silahlı Qüvvələrinin Şuşadan 5 km məsafəyə qədər irəlilədiyini bildirib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code