Putindən Qarabağ açıqlaması: “5+2 rayon qaytarılmalı, sonra…”

0
10

Rusiya Prezidenti Vladimir Putin Qarabağ münaqişəsi barədə fikirlərini bildirib.

Teleqraf.com Rusiya KİV-nə istinadən xəbər verir ki, o, münaqişənin nizamlanmasının çətinliklərindən danışıb.

“Hər iki tərəfin öz həqiqətləri var. Asan həll yoxdur, düyün çox dolaşıqdır. Bizim mövqeyimiz aydındır, Azərbaycana 5 və sonra 2 rayon qaytarılmalı, Qarabağda müəyyən rejimli zonalar yaradılmalıdır” – deyə cavab verib.

Putinin fikrincə, tərəflərin maraqlar balansı bərabərləşsə, münaqişəni həll etmək mümkün olacaq. Prezidentin fikrincə, 80-ci illərin sonunda münaqişə alovlanmağa başlayanda Sovet rəhbərliyi münaqişənin qarşısını almaq üçün kifayət qədər tədbir görməyib.

Xatırladaq ki, Putin “İrəli, Rusiya” forumunda çıxışı zamanı məsələyə toxunub.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin