Koronavirusun müalicəsində sürpriz: Bu dərmanı qəbul edənlər…

0
11

Amerikanın Merilənd Universitetinin həkimləri son iki ayda xəstəxanaya daxil olan 55 yaşlı 412 koronavirus xəstəsi üzərində tədqiqat aparıblar.

Teleqraf.com xəbər verir ki, tədqiqatın nəticələrinə görə, ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik olaraq aspirin qəbul edən və stasionarda müalicə alan COVID-19 xəstələrində ağırlaşma və ölüm riski aşağı səviyyədədir.

Süni nəfəs aparatına qoşulan xəstələrin sayında 44 faiz , reanimasiyada yatan xəstələrin sayında isə 43 faiz azalma müşahidə edilib. Xəstələrin ölüm riski də 47 faiz aşağı düşüb.

Mütəxəssislərin gəldiyi qənaətə görə, aspirinin qanı durultma təsiri mikroklotun qarşısını alaraq koronovirus xəstələrinə müsbət təsir göstərir.

Həkimlərin fikrincə, koronovirus diaqnozu qoyulmuş xəstələr həkimlə məsləhətləşdikdən sonra gündəlik aspirin qəbul edə bilərlər.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin