İran səfirliyi ermənilərin Bərdəyə hücumunu pislədi

0
9

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi Ermənistanın Azərbaycanın Bərdə şəhərinə edilən raket hücumunu, nəticədə bir neçə mülki vətəndaşın həlak olması və yaralanmasını sərt şəkildə pisləyir.

Publika.az-a daxil olan məlumatda bildirilir ki, İran səfirliyi həlak olanların ailələrinin dərdinə şərik çıxır və yaralılara şəfa diləyir.

İran səfirliyi bildirir ki, beynəlxalq hüquq normalarına əsasən, şəhərlərə və günahsız insanlara hücum etmək hərbi cinayətidir və dərhal dayandırılmalıdır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin