Bizə qarşı aqressiya olarsa, F-16-ları görəcəklər – Prezidentdən SƏRT XƏBƏRDARLIQ

0
13

“Bir ay ərzində, demək olar ki, hər gün müsahibə verirəm. Hər dəfə sual verirlər ki, Türkiyənin F-16-ları sizdə nə gəzir? Cavab verməkdən yorulmuşam. Peykiniz var, açın, baxın”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

“Baxın, F-16-lar havadadır, ya yerdədir. Hər kəs bilir ki, təlimlər üçün gəlib və yerdədirlər. Müharibə başlayanda qalıb. Türkiyə, qardaşlarımız onları mənəvi dəstək üçün saxlayıb. Əgər bizə qarşı kənardan aqressiya olarsa, F-16-ları görəcəklər”, – o vurğulayıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin