Dünyanı silkələyən sensasiya: Roma Papası təkcinsli evlilikləri dəstəklədiyini açıqladı

0
13
Roma Papası Fransisk eynicinsli nigahların leqallaşmasına tərəf çıxıb, onun sözlərinə görə, LGBT üzvləri də ailəyə sahib olmaq hüququna malikdirlər.
“AlJazeera” saytının bu gün verdiyi xəbərə görə,  bu barədə Papa öz həyatından bəhs edilən “Francesco” sənədli filmində danışıb.
“Homoseksuallar ailəyə sahib olmaq haqqına sahibdirlər. Onlar da Allah bəndəsidirlər, ailəyə sahib olmaq hüququna malikdirlər. Heç kim buna görə təcrid edilməməli və bədbəxtliyə düçar olmamalıdır”, – Papa LGBT icmasından danışarkən deyib və əlavə edib ki, o, bu cür vətəndaş birlikləri barədə qanunları dəstəkləyir.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin