Yaydan daha dəhşətli olacaq – QORXUNC KORONAVİRUS XƏBƏRDARLIĞI

0
11

“Microsoft”un qurucusu, amerikalı milyarder və xeyriyyəçi Bill Qeyts koronavirus pandemiyasının payızda yaydan daha pis olacağı barədə xəbərdarlıq edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, iş adamı “Politico” jurnalına verdiyi müsahibədə koronovirusla bağlı yeni proqnozlar verib. Milyarder hələ də maska ​​taxmağın və sosial məsafəni qorumağın lazım olduğunu xatırladıb.

“Payız yaydan daha pis olacaq. Rəqəmlər getdikcə yüksəlir, soyuq havada insanlar daha çox qapalı məkanlarda qalır, belə olan halda virusa yoluxmaq şansı daha çoxdur”, – milyarder qeyd edib.

O, ABŞ-ın üzərində işlədiyi vaksinin tezliklə hazır olmayacağını deyib. Milyarderin sözlərinə görə, vaksin böyük ehtimalla 2021-ci ilin birinci yarısından sonra satışa buraxıla bilər. O vaxta qədər virusdan qorunmağın yeganə yolu maskalar, sosial məsafənin gözlənilməsi və gigiyenik qaydalara əməl olunmasıdır”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin