ABŞ-ın Rutgers universitetinin Füzuli kökənli professorundan sensasion təhlil: “Şuşaya 40 km qaldı” FOTO

0
8

BŞ -ın Rutgers universitetinin Füzuli kökənli professoru Qubad İbadoğlu az öncə maraqlı və qısa təhlillə çıxış edib. O, online rejimdə dəyişən google.maps xəritəsinə istinadən (yazının sonuna bax) bunları yazıb:

“Xilaskar Azərbaycan ordusu Füzuli rayonunun mərkəzini mühasirəyə alıb. Bu gün (15 sentyabr) elan olunan kəndlər Füzuli şəhərindən yüksəkdə və ondan şimaldadır. Bircə Məngələnata yüksəkliyi qalıb. Ermənilər sentyabrın 27-də Füzuli şəhərini tərk edib, həmin yüksəklikdə qərar tutmuşdular. Məngələnatanın arxası Qırmızı Bazardır, ordan da Şuşaya 40 km. qalır. Xəritədə görsənən Tuğ kəndini alandan sonra Azıx mağarasını da götürəcəyik. Ondan sonra sizlərin hər birini qədim yaşayış məskəninə ekskursiyaya dəvət edəcəm.

Müzəffər ordumuzun sayəsində tezliklə yeni və böyük şad xəbərlər alacagıq. Allah rəşadətli əsgərlərimizi, qəhrəman zabitlərimizi qorusun, qalibiyyətə aparan yollarını açıq və aydın etsin. Dualarımızı əsirgəməyək!”

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin