Qarabağda Ermənistan tərəfdən döyüşən terrorçular kimlərdir? – ARAŞDIRMA/FOTO

0
8

Qarabağda Ermənistan tərəfdən döyüşən terrorçular kimlərdir? - ARAŞDIRMA/FOTO

PKK terrorçularının Dağlıq Qarabağda Ermənistanla birlikdə döyüşməsi ilə bağlı ciddi sübutlar var. Bu barədə artıq yerli və xarici mətbuatda kifayət qədər faktlar işıqlandırılıb.

Ermənistanın istifadə etdiyi terrorçular bir neçə qruplara mənsubdur. Dağlıq Qarabağda döyüşmək üçün Yaxın Şərqdən Ermənistana göndərilən PKK terrorçularına rəhbərliyi Nubar Ozanyan briqadası edir. Bu briqada PKK-nın Suriya qanadı YPG-nin rəhbərliyi altında yaradılıb. Məlumatlara görə, Nubar Ozanyan briqadasının üzvləri Azərbaycana qarşı döyüşmək üçün işğal altındakı Dağlıq Qarabağ ərazisinə gedib.

Ermənistan yalnız PKK deyil, digər terror qruplaşmalarının köməyindən də istifadə edir. PKK-nın Suriyadakı qanadı olan YPG, ASALA silahlı erməni qruplaşması, TİKKO kimi terror qruplaşmaları bu sırada dayananlardandır.

Bu terror qrupları arasında Nubar Ozanyan briqadasını xüsusi qeyd etmək lazımdır. PKK-nın Suriya qanadı YPG-yə aid olan bu terrorçu briqada ermənilər tərəfindən idarə olunur.

Bu biriqada 4 aprel 2019-cu ildə YPG terror qruplaşmalarının Rakkada İŞİD terrorçularına qarşı müharibəsi zamanı öldürülən Ozanyanın adına erməni kommunistləri tərəfindən yaradılıb. Qrupun özü marksist-leninçi ideologiyasını qəbul etsə də, Suriyanın şimalındakı Tell Qorandakı Marziya Kilsəsində görüş zamanı yaradılıb.

Briqadanın hazırkı lideri, digər terror təşkilatları ilə intensiv əlaqələrə sahib olduğu deyilən Nubar Melkonyan ölkələrdən xarici üzvlər qəbul etdiyini boynuna alır. “Ermənistandan tabora qoşulan insanlar var. Xüsusilə Hələb, İngiltərə, Fransa və Amerikadan qoşulmaq istəyənlərimiz də var” – deyə Melkonyan müsahibəsi zamanı bildirib. “Qoşunumuzu daha böyük bir briqadaya çevirmək istəyirik” – deyə o, qeyd edib.

Türkiyənin təhlükəsizlik mənbələrinin verdiyi xəbərlərə görə, yüzlərlə PKK / YPG terrorçusunun Azərbaycan qüvvələri ilə döyüşmək üçün işğal altındakı Qarabağ bölgəsinə göndərildiyinin digər nişanələri də mövcuddur. Türkiyənin Müdafiə naziri Hulusi Akar bu yaxınlarda Ermənistana hər hansı xarici muzdlu və terrorçudan Ermənistanda və işğal altındakı Qarabağ bölgəsində döyüşlərdə istifadə etmələrinə görə sərt bir xəbərdarlıq edib: “Ermənistan hücumlarını dərhal dayandırmalıdır. Xaricdən gətirilən muzdluları və terrorçuları geri qaytarmalı və işğal olunmuş əraziləri tərk etməlidirlər”.

Ekspertlər PKK-nın uzun müddətdir bu ölkənin hərbi əməliyyatlarını dəstəkləmək üçün Ermənistana göndərildiklərini düşünürlər.

Heritage Foundation təşkilatının rəhbəri Lyuk Koffi PKK çıların Dağlıq Qarabğda gedən döyüşlərdə iştirakı barədə tvit paylaşıb. O bildirib ki, etibarlı mənbədən aldığı məlumata görə, 100-ə qədər PKK üzvü Dağlıq Qarabağda Azərbaycana qarşı Ermənistan tərəfdən döyüşür.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin