Qarabağ zəfəri həkim Araz Cəlilovun gözü ilə

0
43

Qarabağ zəfəri həkim Araz Cəlilovun gözü ilə

Türkiyədə yaşayan azərbaycanlı hematoloq-onkoloq Araz Cəlilov Azərbaycan Ordusunun qazandığı qələbələri tibbi terminlərlə obrazlı şəkildə ifadə edib.

Publika.az həkimin fikirlərini təqdim edir.

“Oktyabrın 4-də Azərbaycanın hərbi həkimləri uğurlu əməliyyat həyata keçirib. Uzun illər Minsk protokolu ilə aparılan kimyəvi terapiyaya heç bir pozitiv cavab izlənmədiyini görən Ali Baş Həkim tərəfindən konsilium çağırılaraq xəstənin qaraciyərinin 2-ci Seqmentində (Madagiz sahəsi) yerləşən metastazlara qarşı radikal cərrahi əməliyyat tətbiqolunma qərarı alınıb.

Əməliyyatdan sonra xəstənin vəziyyətində bir qədər yaxşılaşma olduğunu qeyd edən hərbi həkimlər Hay hüceyrəli karsinomun qaraciyərdə yerləşən bütün metastazlarını təmizləyəcəklərini bildiriblər. Həkimlər qeyd edib ki, bugünə qədər aparılan konservativ müalicə artıq tamamilə yararsızdır. Tək çarə metastazektomi əməliyyatlarıdır.

Əməliyyatdan artıq bir neçə gün keçib. Həkimlərin verdiyi məlumata əsasən, xəstənin vəziyyətində yaxşılaşma qeyd olunur. Əməliyyat sonrası aparılan patohistoloji analizlər alınan materialın Hay hüceyrəli karsinomun Yan tipinin metastazı olduğunu göstərdi. Bununla yanaşı həkimlər bildirirlər ki, post-op PUA görüntüləmə müayinəsi nəticəsində qaraciyərin digər seqmentlərində yerləşən metastazların bəzilərində olduğu yeri tərketmə prosesinin başladığı müşahidə olunur. Yerdə qalan metastazlara qarşı təkrar əməliyyat başladılıb. Aparılan yeni əməliyyatlar müasir hərbi-tibbi texnika vasitəsi ilə həyata keçirilir. Beləliklə son əməliyyatla qaraciyərin 3-cü seqmentində (Cəbrayıl sahəsi) yerləşən Hay hüceyrəli karsinomun metastazları tamamilə aradan qaldırılıb və qaraciyərin sağlam toxuması ilə bu sahənin yenidən bərpası başladılıb. Bununla belə qaraciyərin 4-cü seqmentində (Xankəndi sahəsi) yerləşən metastazlara qarşı müasir texnika ilə “nöqtə atışı” adı verilən hədəfə yönəldilmiş bombalama müalicəsi tətbiq olunur. Bu sahədə xərçəng hüceyrələri açıq əməliyyata ehtiyac qalmadan məhv edilir. Son olaraq Ali Baş Həkim bildirib ki, aparılan geniş spektrli müalicə ilə Hay hüceyrəlilərin qaraciyərinin bütün sahələrindəki metastazlarını tamamilə yox edəcəyik. Necə deyərlər, iti qovan kimi qovuruq”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code